Rusiya Silahlı Qüvvələrinin Tu-154 təyyarələrindən istifadəsi dayandırılıb.
Teleqraf.com "İnterfaks”a istinadən xəbər verir ki, qərar Tu-154 təyyarəsinin dekabrın 25-də Qara dəniz üzərində qəzaya uğramasından sonra qəbul edilib.
"Tu-154 tipli təyyarənin qəzaya uğraması ilə əlaqədar olaraq Rusiya Müdafiə Nazirliyi müvəqqəti olaraq bu markadan olan təyyarələrlə uçuşları qadağan edib. Qərar qəzanın baş vermə səbəbləri aydınlaşanadək qüvvədə olacaq”, - deyə məlumatlı mənbə bildirib.
Mənbə, həmçinin, bildirib ki, Rusiya Silahlı Qüvvələrinin balansında onsuz da bu markalı təyyarələrin sayı məhdud idi. Bu təyyarələrlə yüklərin daşınmasından isə ümumiyyətlə söhbət getmirdi.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 tipli təyyarə dekabrın 25-də səhər Soçidə havaya qalxdıqdan az sonra radarlardan itib. Suriyaya gedən layner Qara dənizin Soçi yaxınlığındakı akvatoriyasına düşüb.
Yenizaman.az
.
