Naməlum şəxslərdən ibarət qrup Yeni Moskvada polislərə hücumu edib.
 
"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbə bildirib.

Məlumata görə, hadisə Roqovsko qəsəbəsində baş verib. Hücum nəticəsində 1 polis əməkdaşı öldürülüb.
Mənbənin sözlərinə görə, cinayətkarların sayı beş-yeddi nəfər olub. Onlar iki "Kalaşnikov" avtomatını oğurlayıblar.

Hücumun gedişatında həmçinin bir polis əməkdaşı ağır yaralanıb.

Polis əməkdaşları hesab edirlər ki, hücum məhz silahın ələ keçirilməsi məqsədilə edilib. Hazırda cinayətkarların tutulması məqsədilə "Sirena" əməliyyatı keçirilir.
.