Rusiyada miqrantlar üçün rus dili fənnindən imtahan şərtləri mürəkkəbləşdiriləcək.

“lenta.ru”un məlumatına görə, bu barədə “Rosobrbnadzor”dan bildirilib.

Qeyd edilib ki, artıq Rusiyada iş və yaşayış icazəsi almaq istəyən miqrantların rus dili fənnindən imtahanlarında istifadə olunacaq test tapşırıqlarının çətinlik səviyyəsi artırılıb. Belə ki, dinləmə xarakterli sualların sayı 2-dən dördə çatdırılıb. Həmçinin, “Dinləmə” və “Danışıq” istiqamətləri üzrə balların toplanması imtahandan uğur qazanması üçün məcburi hesab edilib.

.