Rusiyada "Yamal" aviaşirkətinə məxsus "Mi-8" tipli helikopter Panayevsk - Yar-Sale marşrutu üzrə reysi yerinə yetirərkən sərt eniş edib.
Yenizamn-n TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
"İlkin məlumatlara görə, fevralın 21-də "Yamal" aviaşirkətinə məxsus Mi-8 tipli helikopter Panayevsk - Yar-Sale marşrutu üzrə reysi yerinə yetirərkən sərt eniş edib", - mətbuat xidmətindən qeyd edilib.
Bidirillib ki, helikopterin göyərtəsində üç ekipaj üzvü və yeddi sərnişin olub. Məlumata görə, hər kəs sağdır.
Hadisənin səbəbləri araşdırılır.
.
