
Rusiya Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandumu hazırlayan kimi Kiyevə təhvil verəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada nizamlanmaya dair memorandum hazırlamağa davam edir.
Zaxarova qeyd edib ki, Moskvanın hazırladığı memorandumda Ukraynada nizamlanmanın mümkün müddətləri göstəriləcək.
.