“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün görüşün yeri və vaxt barədə danışmaq hələ tezdir”.

RİA “Novosti” agentliyi verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Hələlik tezdir, biz buna heç yaxınlaşmamışıq belə...” - deyə o qeyd edib.

Naziri müavini görüş təşəbbüsünün ABŞ tərəfindən gəldiyini diqqətə çatdırıb: “Biz hələlik məsələnin başındayıq. Prosesin necə olacağı ABŞ-ın bundan sonra özünü necə aparacağından asılı olacaq”.
 

.