ABŞ İrana nüvə proqramı ilə bağlı razılaşmanın mümkün olduğuna dair siqnallar göndərir, lakin Vaşinqtonun təklifləri ultimatuma bərabərdir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Vaşinqtonun bugünkü leksikonunda "kompromis" sözünün olub-olmadığından əmin olmadığını qeyd edib.
Ryabkov vurğulayıb ki, ABŞ-ın İrana təklifləri ultimatuma bərabərdir və Vaşinqton xarici siyasətdə kompromis axtarmağı dayandırıb.
.
