Rusiya Talibanla tam formatlı münasibətlər qurmağa yaxındır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev yerli KİV-ə deyib.

Onun sözlərinə görə, Taliban hökuməti konstruktiv dialoq aparmağa çalışır.

Qeyd edək ki, mayın 27-də Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov Rusiya XİN-in Talibanın qadağan olunmuş təşkilatlar siyahısından çıxara biləcəyini qeyd edib.

 

"Bu mütləqdir. Bu olmadan tanımaq barədə danışmaq tezdir. Bu səbəbdən məsələ hazırda işlənilir. Bütün mülahizələr Rusiya ali rəhbərliyinə məruzə olunub. Qərar qəbul edilməsini gözləyirik", - deyə Rusiya XİN rəsmisi bildirib.

Bundan başqa, Kabulov Rusiyanın Peterburq İqtisadi Forumunun iştirakçıları arasında talibləri də görmək istədiyini əlavə edib.

.