Rusiyanın “SİBUR” qaz-kimya şirkəti Azərbaycanla ölkədə emal güclərinin tikintisi ilə bağlı danışıqlar aparır.

“İnterfaks”  xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mixail Karisalov məlumat verib.

O qeyd edib ki, Azərbaycanla hələ heç bir sənəd imzalanmayıb.

M.Karisalovun sözlərinə görə, sintetik materiallara tələbat hər yerdə artır, keçmiş MDB ölkələrinin “SİBUR” ilə əməkdaşlığa marağı həm də şirkətin kompetensiyası ilə diktə olunub.

.