Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan iki rusiyalının vəziyyəti ağırdır.

Yenizaman Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında bildirib.

"Rusiya Səhiyyə Nazirliyinin federal tibb mərkəzlərində və Moskva Səhiyyə Departamentinin xəstəxanasında Aktaudakı təyyarə qəzasında xəsarət alan 9 rusiyalının müalicəsi davam edir. Onlardan ikisinin vəziyyəti ağır olaraq qalır, dörd nəfər, o cümlədən bir uşaq orta ağır vəziyyətdədir, həkimlər üç nəfərin vəziyyətini isə yüngül qiymətləndirirlər", - o qeyd edib.

Köməkçinin sözlərinə görə, xəsarət alanlara bütün zəruri tibbi yardım göstərilir.

.