Rusiya tərəfi "1000-in 1000-ə" formulu əsasında mübadilə üçün əsirlərin siyahısını Ukraynaya təhvil verib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz həqiqətən də öz siyahımızı vermişik. Hələ ki, Kiyevdən siyahı almamışıq. Gözləyirik", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, İstanbul danışıqlarında Rusiya ilə Ukrayna arasında "1000-in 1000-ə" formulu əsasında əsirlərin mübadilə edilməsi barədə razılıq əldə olunub.
 

.