"Rusiya qoşunları Ukrayna sərhədini keçməyəcək." Yenizaman.az "Novaya Qazeta"ya istinadən verdiyi məlumata görə, bu sözləri amerikalı həmkarı Çak Hegellə telefon danışında Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. O, əlavə edib ki, Ukrayna ərazisində rusiyalı diversantların hər hansı bir əməliyyat keçirməsi ilə bağlı yayılan informasiyalar da doğru deyil.
Rusiyanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti isə bəyan edib ki, Ukrayna ordusunun dinc əhaliyə qarşı silah istifadə edilməməsi barədə açıqlamasından sonra, ordu sərhəd ərazini tərk edərək dislokasiya yerinə qayıdıb.
.