Rusiyanın İsveç və Finlandiya ilə münasibətlərində Ukrayna kimi problem yoxdur, NATO-ya daxil olmaq istəyirlərsə, qoşulsunlar, amma alyansın hərbi infrastrukturu Finlandiya və İsveçdə yerləşdirilsə, Rusiya buna cavab vermək məcburiyyətində qalacaq.

Bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

"İsveç və Finlandiyaya gəlincə, bizim İsveç və Finlandiya ilə elə bir problemimiz yoxdur, təəssüf ki, hansı ki, Ukrayna ilə var... Finlandiyanın və ya İsveçin NATO-ya üzvlüyü baxımından bizi narahat edəcək heç nə yoxdur. İstəyirlər, buyursunlar", - Putin Xəzər sammitinin yekunlarına dair mətbuat konfransında Finlandiya və İsveçin NATO-ya daxil olmasının Rusiyanın onlarla münasibətlərinə necə təsir edəcəyi sualına cavab verərkən deyib.

O, həmçinin Rusiyanın Ukraynanın alyansa qoşulmasına mane olmaqla NATO qüvvələrini öz sərhədlərindən uzaqlaşdırmaq məqsədinin olması tezisini yalan və “reallıqla heç bir əlaqəsi olmayan” adlandırıb.

"Bizim üçün Finlandiya və İsveçin NATO-ya üzvlüyü Ukraynanın üzvlüyü ilə heç də eyni deyil, bunlar tamam başqa şeylərdir. Bunu çox gözəl başa düşürlər. Sadəcə göstərmək üçün bu tezisi ictimai rəyə buraxırlar - baxın, Rusiya bunu istəmirdi, amma indi ikiqat cavabını aldı. Xeyir. Bu, tamam başqa şeydir”, - deyə Rusiya lideri vurğulayıb.

Putin: Xüsusi əməliyyatın müddəti barədə danışmaq düzgün deyil

Ukraynada xüsusi əməliyyat plan üzrə gedir, onun hansısa müddəti barədə danışmaq düzgün deyil, Rusiya qoşunları öz məqsədlərinə çatır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Biz sakit işləyirik, qoşunlar hərəkət edir, qarşıya qoyulan vəzifələrə çatır. Hər şey plan üzrə gedir", - Putin jurnalistlərə deyib.

O qeyd edib ki, əməliyyatın vaxtı barədə danışmağa dəyməz.

"Vaxt haqqında danışmağa ehtiyac yoxdur, bu, həyatdır. Bunlar real şeylərdir. Bu, hərbi əməliyyatların intensivliyi ilə bağlıdır və intensivlik mümkün itkilərlə birbaşa bağlıdır",- deyə Rusiya prezidenti vurğulayıb.

Putin: Qərb 2014-cü ildən Rusiyaya qarşı aktiv fəaliyyətə hazırlaşıb

Qərb 2014-cü ildən bəri Rusiyaya qarşı aktiv fəaliyyətə hazırlaşıb və bu, Rusiya üçün təəccüblü deyil.

Bunu Rusiya prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Biz buna fakt kimi yanaşmalıyıq. Onların 2014-cü ildən bizə qarşı hansısa aktiv fəaliyyətlərə hazırlaşması bizim üçün xəbər deyil. Bizim öz maraqlarımızı qorumaq üçün qətiyyətli addımlarımız məhz bununla izah olunur", - deyə Rusiya prezidenti vurğulayıb.

Putin qeyd edib ki, Birləşmiş Ştatlar öz ətrafında müttəfiqləri birləşdirə biləcəyi təhlükəsi qarşısında Rusiyanı çoxdan xarici düşmən elan edib. Onun sözlərinə görə, İran bunun üçün çox uyğun deyildi: "Rusiya daha uyğundur, bizə bütün müttəfiqləri ətrafımızda birləşdirmək üçün belə bir şans verildi. Bizim üçün yeni heç nə yoxdur. Bu, bizim hər zaman danışdığımız şeyi bir daha təsdiqləyir, yəni NATO bloku keçmiş dövrün, soyuq müharibə dövrünün izləridir. Bizə həmişə deyirdilər ki, NATO dəyişib, bu indi çox güman ki, siyasi birlikdir. Amma hamı məhz hərbi təşkilat kimi ona yeni təkan vermək üçün səbəb və fürsət axtarırdı. Buyurun, onlar indi bunu edirlər. Burada bizim üçün yeni heç nə yoxdur ”, - deyə Putin bildirib.

Ukrayna və döyüş meydanında qələbə ilə bağlı Qərbdə eşidilən sözlərdən danışan Rusiya prezidenti qeyd edib ki, "nə vaxtsa onlar nəyisə razılaşdırıblar, sonra razılaşmalarından əl çəkib, pis rəftarlarına görə üzr istəyiblər. Lakin Ukraynaya hərbi əməliyyatları davam etdirməyə çağırış və növbəti danışıqlardan imtina çağırışı yalnız bizim fərziyyələrimizi təsdiqləyir ki, birləşmiş Qərbin və NATO-nun məqsədi Ukrayna xalqının rifahı yox, öz maraqlarını qorumaqdır. Yəni ukraynalıların əli ilə, Ukrayna xalqının əli ilə NATO üzvləri və aparıcı NATO ölkələri sadəcə olaraq özlərini daha da təsdiqləmək, dünyada öz rollarını, öz imperiya ambisiyalarını təsdiqləmək istəyirlər, hamısı budur. Hər zaman istisna olduqları ilə bağlı dedikləri və “bizimlə olmayanlar bizə qarşıdır” tezisi də eyni siyasətin təzahürüdür".

.