Rusiya iyunun 30-dan ölkəyə giriş qaydalarını sərtləşdirəcək.

Yenizaman ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, Rusiyaya giriş zamanı əcnəbilər barmaq izlərini verəcək və şəkil çəkdirməli olacaq.

Məlumata görə, qanun layihəsi təkcə vizasız ölkələrdən olan əcnəbilərə aid edilməyəcək.

Qeyd edək ki, elektron viza layihəsi Rusiyada 2023-cü il avqustun 1-dən başlayıb. Həmin vaxtdan etibarən əcnəbilər turizm, biznes, humanitar məqsədlər və ya qonaq səfərləri üçün viza üçün müraciət edə bilərlər.

.