Rusiya ordusu qeyri-strateji nüvə silahlarının tətbiqi üzrə təlimlərə başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Cənub Hərbi Dairəsində təlimlərin birinci mərhələsi başlayıb.

Təlimlər zamanı qeyri-strateji nüvə silahlarının işlənilməsi və tətbiqi praktikası üzrə bir sıra kompleks tədbirlər həyata keçiriləcək.
 

.