
Rusiya İsrail və İran arasında gərginliyin kəskin şəkildə artmasından narahatdır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, rəsmi Moskvanın İsrail və İran arasında gərginlin kəskin şəkildə artmasını pislədiyini söyləyib.
Kremlin sözçüsü qeyd edib ki, prezidentin tapşırığına əsasən Rusiya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda Tehran və Təl-Əviv arasında vəziyyətlə bağlı ətraflı açıqlama verəcək.
Peskov vurğulayıb ki, Vladimir Putin Yaxın Şərqdə baş verənlə bağlı Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidməti vasitəsilə məlumatlar alır.
.