ABŞ tezliklə Rusiya iqtisadiyyatının bir sıra sektorlarına sanksiyalar tətbiq edə bilər.
Bunu "The Wall Street Journal” qəzetinə açıqlamasında ABŞ dövlət katibi Con Kerri bildirib.
C. Kerri Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarına sanksiyaların mümkünlüyü barədə suala cavabında deyib: "Biz hazırda buna fövqəladə dərəcədə yaxınıq. Əgər Rusiya hakimiyyəti hazırda apardığı siyasəti davam etdirsə, biz bu sanksiyaları tətbiq edəcəyik”.
Xatırladaq ki, aprelin 28-də ABŞ Rusiyanın 7 vəzifəli şəxsi və 17 şirkətinə sanksiyalar tətbiq edib. Artıq ABŞ tərəfindən sanksiya tətbiq olunan Rusiya vətəndaşlarının siyahısında təxminən 50 nəfərin adı var.
.