Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İstanbulda əldə olunan razılaşmaya əsasən, 25 yaşına çatmamış rusiyalı hərbi əsirlərin birinci qrupu Kiyevin idarə etdiyi ərazidən geri qaytarılıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri Kiyevə təhvil verilib.

.