
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.
Yenizaman Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 307 Rusiya hərbçisi geri qaytarılıb.
Kiyevə təhvil verilən əsirlər
Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 307 əsiri Kiyevə təhvil verilib.
Rusiya MN-dən bildirilib ki, Moskvanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı mübadilə davam etdiriləcək.
.