Rusiyanın Sıktıvkar şəhərində Daxili İşlər Nazirliyinin (DİN) peşə hazırlığı mərkəzində partlayış baş verib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Hadisə zamanı güclü tüstülənmə olub, binadan təxminən 200 nəfər təxliyə edilib. Hadisə yerində fövqəladə və operativ xidmətlər, həmçinin hüquq-mühafizə orqanları işlər aparır.

Məlumatlara görə, partlayış nəticəsində doqquz nəfər xəsarət alıb. Onlardan səkkizi xəstəxanaya yerləşdirilib, iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Bildirilib ki, binada səsli qumbara partlamış ola bilər. Partlayış tikinti işləri aparılan akt zalında baş verib.

Hadisənin təfərrüatları araşdırılır.

.