Rusiya ABŞ və Ukraynanın hansı təhlükəsizlik zəmanətləri barədə razılığa gəldiyini bilmir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva "ictimai oyunlara" yox, real təkliflərə baxacaq.

Lavrov qeyd edib ki, Putinin Ukrayna ilə bağlı qeyd etdiyi siyasi məsələlər qüvvədə qalır.

"Qalan hər şeyi son bir neçə gün ərzində çoxsaylı açıqlamalar verən ukraynalı və amerikalı həmkarlarımızın vicdanına buraxırıq", - o deyib.

Lavrov əlavə edib ki, Rusiya təmaslar barədə şərh vermir, onlar qapalı qapılar arxasında keçirilməlidir: “Rusiyalı danışıqçılar istənilən formatda ünsiyyət qurmağa davam edəcəklər”.

Qeyd edək ki, dünən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, müzakirə olunan təhlükəsizlik zəmanətlərinə ABŞ-ın dəstəyi ilə Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi daxildir. Moskvanın buna razı olub-olmayacağı soruşulduqda o, cavabdan yayınıb.

Xatırladaq ki, Rusiya əvvəllər dəfələrlə Ukraynada xarici qoşunların yerləşdirilməsinin qəbuledilməzliyini vurğulayıb.

.