"İnterfax" agentliyinin verdiyi məlumata görə, Rusiyanın Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi Amerikadakı səfirin geri çağrılması ilə bağlı müraciəti prezidenti Vladimir Putinə göndərib. Bu barədə ictimaiyyətə komitənin birinci müavini Vladimir Cabarov məlumat verib. O, əlavə edib ki, Vladimir Putinin qərarından sonra Rusiyanın Amerikadakı səfirinin taleyinə aydınlıq gələcək.
Rusiya Federasiya Şurasının Amerikadakı səfirin geri çağrılması barədə müraciəti Ağ Ev başçısı Barak Obamanın Ukraynadakı hadisələrlə bağlı Rusiyanı tənqid etməsidir.
.
