Türkiyənin Daxili İşlər Naziri rus diplomatı öldürən şəxsin adını açıqlayıb.
AzNews.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Suleyman Soylu bildirib ki, qatil 2 il polis kimi xidmət edib.
Aydın əyalətində 1994-cü ildə ildə doğulub. Mevlut Mert Altintaş adlı bu şəxs polis məktəbini bitirib.
Nazir həmçinin bildirib ki, silahlı hücum nəticəsində 2 nəfər də yaralanıb. Hücum etmiş şəxsin kimlərlə əlaqədə olması barədə araşdırma da aparılacaq.
Hücumla bağlı qatilin anası və bacısı da gözaltına alınıb.
