"İran hazırda nüvə silahından əvvəlkindən daha uzaqdır"

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Politico” nəşrinə müsahibəsində deyib.

“Əsas məsələ budur ki, iranlılar president Trampın bu qətiyyətli hərəkətindən sonra nüvə silahında daha çox uzaqdadırlar. Onu deməliyəm ki, onların nüvə qabiliyyəti əhəmiyyətli şəkildə zərbə alıb”- Rubio qeyd edib.

ABŞ dövlət katibi Rusiya əleyhina sanksiyalar məsələsinə də toxunub.

“Əgər biz hamının bizdən istədiyi şeyi etsək (Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etsək), atəşkəs üçün Rusiya ilə danışıqlar apara bilməyəcəyik. Bəs onlarla kim danışacaq?”- Rubio bildirib.

.