“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “Qızıl top” mərasimində iştirak etməyə hazırlaşır.

37 yaşlı hücumçu sonuncu dəfə beş il əvvəl - 2017-ci ildə bu mükafatlandırma mərasimində olub və “Qızıl top”u qazanıb.

O, bu mükafatın beşqat qalibidir.

Bu mövsüm portuqaliyalı futbolçu bütün turnirlərdə keçirdiyi 11 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də baş tutacaq.

Xatırladaq ki, Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Qızıl top”un gələcək qalibi barədə proqnozunu açıqlayıb. Onun fikrincə, səsvermədə “Real”ın fransalı hücumçusu Kərim Benzemanın qalib gəlmək şansı çoxdur.

.