
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İspaniya ikinci divizionunda çıxış edən "Almeriya" klubunun ortaq sahibi ola bilər.
Bu barədə "Marca" məlumat yayıb.
Mənbə qeyd edib ki, 40 yaşlı futbolçu Ronaldu “Əl-Nəsr”ə keçidində böyük rolu olan klubun sahibi, “SMC Group” investisiya şirkətinin rəhbəri Məhəmməd Əl-Xereyci ilə yaxşı münasibətdədir. Portuqaliyalı şirkətdə pay almaq imkanını nəzərdən keçirir.
Sequndanın cari mövsümünün XXIX turundan sonra "Almeriya" 62 xalla altıncı yerdədir.
Ronaldunun komanda ilə hazırkı müqaviləsi 2024/25-cü illər mövsümünün sonuna qədərdir. Media daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, portuqaliyalı klubun 5 %-lik səhminin sahibi olacaq.
Hücumçu 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib. Madrid komandası ilə birlikdə ikiqat İspaniya çempionu, dördqat Çempionlar Liqasının qalibi olub, həmçinin üç dəfə Klublararası Dünya Kubokunun qalibi olub.
.