Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, "Drujba" boru kəməri vasitəsilə Ukrayna ərazisindən tranzitlə Rusiya neftinin tədarükü martın 3-dən tez bərpa oluna bilməz.
Bu barədə "İnterfaks" "Bloomberg"ə istinadən məlumat yayıb.
Fitso jurnalistlərə bildirib ki, qeyd etdiyi tarix dəqiq deyil və tranzitin fevral ayında bərpa olunacağı gözlənilmir.
Qeyd edək ki, "Drujba" kəməri vasitəsilə Ukrayna ərazisindən tranzitlə Slovakiyaya Rusiya neftinin tədarükü fevralın əvvəlindən dayandırılıb. Slovakiya hökuməti fevralın 18-də neft çatışmazlığı səbəbindən respublikada böhran vəziyyəti elan edib.
.
