
NATO Rusiya ilə hərbi toqquşmaya hazırlaşır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Şimali Atlantika Alyansının Baltikyanı ölkələrdə keçirdiyi Baltops 2025 hərbi təlimlərinə münasibət bildirən rusiyalı nazir müavini qeyd edib ki, bu təlimlər NATO-nun Rusiya Federasiyası ilə hərbi toqquşmaya hazırlaşdığını deyir.
"NATO-nun hərbi fəaliyyətini Rusiya ilə hərbi qarşıdurmalara hazırlığın bir hissəsi kimi qiymətləndiririk. Bu təlimlərin istiqamətinə, qüvvələrin yerləşdirilməsinə, keyfiyyətinə, bu təlimlər üçün tərtib edilmiş tapşırıqlara baxsaq, o zaman bu bu özləri ilə müqayisə olunan bir düşmənlə mübarizədir. Yəni, Rusiya ilə...Bu, bütün əməliyyat mühitində üstünlüyün nailiyyətidir: yer üzündə, suda, havada.
Əlbəttə ki, bu cür təlimlər son dərəcə təxribat xarakteri daşıyır ", - deyə Qruşko vurğulayıb.