ABŞ və İsrail Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin reputasiyasına dəyən ziyana görə məsuliyyət daşıyır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail İran ətrafında münaqişə ilə bağlı AEBA-nın reputasiyasına dəyən ziyana görə məsuliyyət daşıyır.

Qeyd edək ki, İsrail və ABŞ İranın nüvə obyektlərinə zərbə endirdikdən sonra rəsmi Tehran AEBA ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.

.