Türkiyə Xarici İşlər Nazirliyi Kipr Respublikası və Şimali Kipr Türk Cümhuriyyəti prezidentləri arasında danışıqların bərpasını alqışlayıb.
"RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, Kipr probleminin nizamlanmasına dair danışıqlar prosesi çərçivəsində bu gün Nikos Anastasiadislə Dərviş Əroğlu arasında görüş keçirilib. Birgə bəyanat layihəsini razılaşdıran prezidentlər Kipr adasında tezliklə federativ dövlətin yaradılması üçün danışıqları sürətləndirmək niyyətlərini ifadə ediblər.
.