Türkiyə Xarici İşlər Nazirliyi İrandakı vətəndaşlarına təhlükəsizliklə bağlı çağırış edib.
XİN İranda mövcud təhlükəsizlik vəziyyətinin həssas olduğunu bildirərək, vətəndaşları diqqətli olmağa çağırıb.
Açıqlamada zəruri hallar istisna olmaqla, İrana planlaşdırılan səfərlərin təxirə salınması tövsiyə olunub.
Bundan başqa Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi İrandan Türkiyəyə qaçqın axını ilə bağlı iddialara cavab verib. Mərkəz İran sərhədindən Türkiyəyə qanunsuz köç iddiası ilə bağlı yayılan görüntülərin vaxt və yerinin məlum olmadığını, çəkilişin köhnə olduğunu və məqsədli şəkildə yenidən dövriyyəyə buraxıldığını açıqlayıb.
“Buna dair hər hansı konkret məlumat yoxdur. Bu cür paylaşımlar sərhəd təhlükəsizliyini hədəf alaraq ictimaiyyətdə mənfi rəy formalaşdırmağı məqsəd daşıyır. Türkiyənin sərhəd təhlükəsizliyi fasiləsiz şəkildə təmin edilir”, — açıqlamada qeyd olunub
.
