Bakıda avtobus marşrutlarının optimallaşdırılması üzərində iş gedir.
Bunu “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Bu iş yekunlaşmaq üzrədir. Əsas məqsəd vətəndaşlara daha yaxşı xidmət göstərməkdir. Həmçinin daşıyıcıların avtobus parkının yeniləməsi üçün də iş aparılır. Sərnişinlərə daha keyfiyyətli xidmət göstərmək üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Biz bu il Bakı-Sumqayıt yolunda avtobus zolağı təşkil etdik. Bu isə həmin istiqamətdə 1 800-dən çox avtobusun rahat hərəkət etməsinə, sərnişinlərin yollarda 20 dəqiqədən çox vaxt itirməsinin qarşısını almağa imkan verib. Hesab edirəm ki, hazırda Bakı şəhərində avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var", - deyə o qeyd edib.
.
