Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev ilə görüşüb.

"İnterfaks” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər iki ölkənin müxtəlif nazirlikləri və qurumları arasında qarşılıqlı fəaliyyət perspektivlərini, terrorizmə qarşı mübarizə məsələlərini, habelə Xəzərin hüquqi statusu ilə bağlı məsələləri müzakirə ediblər.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin illik iclasında iştirak edib.
.