Dövlətin inkişafının hər mərhələsində tərəqqiyə doğru irəliləməyə mane olan müəyyən ziddiyyətlər yaranır. Bu zaman dövlət quruluşunun bütün sahələrində yeniləmə və islahatlara ehtiyac yaranır.

Belə ki, cəmiyyətin və bütövlükdə dövlətin inkişafını təmin edən əsas və müəyyənedici mexanizmləri xarici və daxili funksiyalardır.

Daxili funksiyalar:

- siyasi və hüquqi funksiyalar;
- sosial-iqtisadi funksiyalar;
- mədəni-maarif funksiyalar.

Xarici funksiyalar:

- siyasi-diplomatik funksiyalar;
- milli maraqların qorunması.

Bir dövlət yalnız bütün bu funksiyalar bir-biri ilə sinxronlaşdıqda və ümumi maraqlara xidmət etdikdə inkişaf edə və tərəqqi əldə edə bilər. Bu funksiyalar arasındakı balanssızlıq, eləcə də köhnəlmiş dövlət modellərinin zamanın çağırışlarına cavab verə bilməməsi xalq arasında mənəvi-psixoloji düşkünlüyə və eyni zamanda vətəndaşların siyasi hakimiyyətə və köhnəlmiş dövlət qurumlarına qarşı inamsızlığına səbəb olur.
Bütün bunlar isə operativ şəkildə müdaxiləni və həmçinin dövlət quruluşunun bütün sahələrində islahatların aparılmasını tələb edir. 
Bu istiqamətdə uğurun əsas və müəyyənedici amili isə dövlət funksiyalarının bütün sahələrində dəyişikliklərin həyata keçirilməsində sinxronizasiyanın təmin edilməsidir.

Təhsil sahəsində əsaslı islahatlar olmadan irəliləyiş, tərəqqi ola bilməz. Təhsilsiz islahatlar uğursuzluğa, iflasa məhkumdur. Belə ki, islahatların səmərəliliyinin əsas şərti bilik meyarının dövlət siyasətində tətbiq etməkdir. Məhz bilik dövlət təşkilatının bütün sahələrində, həmçinin kadr siyasətində əsas meyar olmalı və ön plana çıxarılmalıdır.

«Yeni Zaman» Partiyasının üzvləri və Mərkəzi Şurası konkret islahat proqramlarının hazırlanmasında və islahatların həyata keçirilməsi prosesində yaxından iştirak etməyə hazırdırlar.

Eyni zamanda, ölkədə gedən islahatlar geniş ictimaiyyətin və ölkənin müxtəlif elm sahələrinin yüksək ixtisaslı mütəxəssislərinin bu prosesə cəlb edildiyi halda müsbət nəticələr verə bilər.

Bu baxımdan, ölkə prezidentinin və ya birinci vitse-prezidentinin rəhbərliyi ilə islahatlar üzrə Koordinasiya Şurasının yaradılmasını məqsədəuyğun hesab edirik.

Eyni zamanda islahatların həyata keçirilməsində müxtəlif istiqamətlər üzrə mütəxəssislərin fəal iştirakını təmin etmək məqsədiylə Koordinasiya Şurası yanında aşağıdakı ictimai şuraların yaradılmasını məqsədəuyğun hesab edirik:

- Xarici siyasət və təhlükəsizlik üzrə şura;
- Yurisdiksiya və hüquqi məsələlər sahəsində islahatlar üzrə şura;
- İqtisadi İslahatlar şurası;
- Təhsil və elm sahəsində islahatlar şurası;

- Səhiyyə və tibb sahəsində islahatlar şurası;
- İdman və bədən tərbiyəsi sahəsində islahatlar şurası;
- Medianın səmərəliliyinin artırılması sahəsində islahatlar şurası;
- Tarixi və mədəni dəyərlərin, Azərbaycan dilinin, adət və ənənələrinin qorunması və inkişafına yönəlmiş İslahat üzrə şura;
- Azərbaycan dövlətçiliyinin və Azərbaycan xalqının tarixinin saxtalaşdırılmasına və təhrifinə qarşı mübarizə üzrə şura.

«Yeni Zaman» Partiyasının Mərkəzi Şurası bütün sahələr üzrə peşəkar mütəxəssisləri cəlb etməklə yuxarıdakı məclislərin formalaşmasında fəal iştirak etməyə hazırdır.

.