Misirlə Qəzza zolağı arasındakı "Rəfah" sərhəd keçid məntəqəsinin fəaliyyətinin oktyabrın 16-da bərpası gözlənilir.

Bunu "Reuters" agentliyinə iki mənbə bildirib.

Ərazidə Avropa İttifaqının (Aİ) missiyasının yerləşdirilməsi planlaşdırılır.

Mənbələr sərhədi keçmək istəyənlərə hansı məhdudiyyətlərin tətbiq oluna biləcəyi barədə məlumat verməyib.

.