İrandakı Buşehr AES-ə zərbə Çernobılla müqayisə oluna biləcək fəlakətə səbəb ola bilər.

Bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev deyib.

O vurğulayıb ki, bəzi rusiyalı mütəxəssislər artıq AES-dən təxliyə olunub, dövlət korporasiyası mütəxəssislərinin bir hissəsinin orada qalmasını mümkün hesab edir.

Lixaçev əlavə edib ki, "Rosatom" İsrail hakimiyyətini Buşehrə zərbə endirməyə işarədə edəcək hərəkətlərdən çəkinməyə çağırır.
 

.