
İspaniyanın "Real" klubunun rəhbərliyi klublararası dünya çempionatının qalibi olacaqları təqdirdə hər futbolçuya 1 milyon avro mükafat verəcək.
Bu barədə ölkənin AS nəşri məlumat yayıb.
Madrid təmsilçisinin rəhbərliyi yeni formatda keçirilən ilk yarışda qalib gəlmək istəyir.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.
.