İspaniyanın "Real" (Madrid) klubu 33 yaşlı qapıçısı Tibo Kurtua ilə müqavilə müddətini uzatmağı planlaşdırır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Kral klubu" qolkiperlə yeni imzalayacaqları sözləşmənin yekun variantını nəzərdən keçirir. "Əlcək sahibi" özü də karyerasını Madrid kollektivində davam etdirmək istəyir. Onun hazırkı müqavilə müddəti 2026-cı ilin yayında başa çatır.

Qeyd edək ki, Tibo Kurtua 2018-ci ilin yayından “Real"da çıxış edir. O, ötən mövsüm bütün yarışlarda 47 oyun keçirib, 15 matçda qapısını toxunulmaz saxlayıb.

.