Niderland millisinin və İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Royston Drente müflis elan edilib.
"Voetbalzone" nəşri xəbər verir ki, bu barədə qərarı Niderland məhkəməsi verib.
Məhkəmə 33 yaşlı cinah oyunçusunun maddi durumuna nəzarət edən kurator təyin edib. Drente açılamasında işin incəliklərini bilmədiyini vurğulayıb. O vəkilinin tətildə oldğunu və baş verənlərin səhlənkarlıq ucbatından yarana biləcəyini söyləyib. Drente deyib ki, hər şey düzgün şəkildə həll ediləcək.
Qeyd edək ki, Royston Drente 2017-ci ildə rəsmi müqavilə bağlamadığı, sadəcə etibarına güvəndiyi futbol agenti Sigi Lensə görə külli miqdarda pul itirib.
Hazırda Niderlandın "Kozakken Boyz" komandasında oynayan futbolçu 2007 - 2012-ci illərdə "Real Madrid"in formasını geyinib.
.