Yaponiyanın "Honda" konserni 2025-ci ilin noyabrına qədər mühərrikinin həcmi 50 kub. sm və ya daha az olan mopedlərin, o cümlədən dünyanın ən çox satılan “Super Cub” seriyasının istehsalını dayandıracaq.

Bu barədə Nikkei qəzeti məlumat yayıb.

Qərarın səbəbi sərt avtomobil istismar standartlarının və işlənmiş qaz emissiyası tələblərinin tətbiqi olub.

Bundan əlavə, elektrik velosipedlərinin, skuterlərin və motosikletlərin geniş yayılması səbəbindən belə mopedlərin satışı indi minimum səviyyədədir.
 

.