Portuqaliya "Benfika"sı baş məşqçisi Jorji Jezuşla yollarını ayırıb.

67 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2020-ci ilin yayından komandaya rəhbərlik edən baş məşqçinin göndərilməsinə futbolçularla mübahisə etməsi və komandadakı ab-havanı düzəldə bilməməsi səbəb olub.

Qeyd edək ki, Jorji Jezuş daha əvvəl 2009 - 2015-ci illərdə "Benfika"nın baş məşqçisi vəzifəsində çalışıb.
 

.