Pakistanda təhlükəsizlik qüvvələrinin Bəlucistan vilayətində keçirdiyi əməliyyatlar nəticəsində 11 terrorçu zərərsizləşdirilib.

Bu barədə “Geo News” xəbər verir.

Öldürülən terrorçularda külli miqdarda silah-sursat ələ keçirildiyi bildirilib.

Pakistanın Təhlükəsizlik məsələləri və tədqiqat üzrə Mərkəzi (CRSS) 2021-ci ildən bəri ölkədə terror hücumlarında artımın müşahidə olunduğunu bildirib.

Terrordən ən çox əziyyət çəkən vilayətlərin isə, Xeybər-Paxtunxva və Bəlucistan olduğu vurğulanıb.

Qeyd edək ki, dünən Xeybər-Paxtunxva vilayətində məscid yaxınlığında terror aktı törədilib.

.