Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksində olublar.

Qonaqlara abidənin tarixi barədə məlumat verilib.

Qeyd edək ki, bu kompleks regionda ən böyük monastır kompleksi hesab olunur.

Bu abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri"nin siyahısına daxil edilib.

.