3 noyabrdan etibarən Rusiya miqrantların ölkədən deportasiya edilə biləcəyi inzibati xətaların siyahısını ikiqat artıraraq 45-ə çatdıracaq.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Miqrantların deportasiya olunmasına səbəb olacaq inzibati xətalar siyahısına xırda xuliqanlıq, ictimai tədbirlərin qaydalarını pozmaq, polisə tabe olmamaq və Rusiya ordusunun nüfuzdan salınması və digər maddələr daxil edilib.
.
