İspaniya təmsilçisi "Barselona" rəsmi “YouTube” kanalında 20 milyondan çox abunəçisi olan ilk klub kimi tarixə düşüb.

Bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

"Barselona"nın 2006-cı ildən fəaliyyət göstərən "YouTube" kanalında hazırda 20.1 milyon izləyici var.

Qeyd edək ki, "Barsa"nın əzəli rəqibi "Real" (Madrid) 16,3 milyon izləyici toplaya bilib.

.