
Hazırkı tariflər real qiymətdən 13 dəfəyə qədər aşağıdır.
Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev deyib.
Vaqif Tağıyev bildirib ki, hazırda Tarif Şurasının qərarı ilə istilik təchizatı üçün 1 kv metr üçün 30 qəpik tarif müəyyən edilib, mövcud tariflərə əsasən “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin topdansatışı isə 3 manatdır: “Normativlərdə evlərin sahəsində də fərqlər var. “Xruşşovka”larla yeni tikililər arasında 3 dəfəyə qədər fərq var. Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Hazırkı tariflər real qiymətdən 4-13 dəfə aşağıdır. Hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir. Naqif Həmzəyev tariflərin artırılması barədə sual verib. Tarif metodologiyası reallığa uyğun tətbiq edilməlidir, real qiymət mexanizmi qanunda öz əksini tapmalıdır”.
Qeyd edək ki, deputat Naqif Həmzəyev “Azəristiliktəchizat” tariflərin artırılması yolu ilə, yoxsa daha innovativ yanaşma tətbiq edərək gəlirlə işləyən təşkilata çevrilməyi hədəfləyir?” sualını ünvanlayıb.
.