"Antalyaspor"un İsrail ordusuna dəstəyini bildirən yəhudi əsilli futbolçusu Saqiv Yehezkel Türkiyədən xaric edilib.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya bununla bağlı “X” sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, futbolçu yerli vaxtla saat 17:15-də ölkəni tərk edib:
“Bir daha qeyd etmək istərdim ki, Türkiyə hər zaman bütün məzlumların və Fələstin xalqının yanındadır”, - o qeyd edib.
.