Ağdaşda futbol klubunun prezidenti çayda boğulub.
Hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb.
Rayon sakini, 1988-ci il təvəllüdlü Fərid Ağazadə çayda çimərkən boğulub. Onu sudan çıxartmağa çalışan qohumu, 1990-cı il təvəllüdlü Rəhman Əliyev də boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rəhman Əliyev Azərbaycanın futbol üzrə II Liqa təmsilçisi "Ağdaş" klubunun rəhbəridir.
.