![](/uploads/img/posts/2024/03/28/660573126cc33660573126cc341711633170660573126cc31660573126cc32jpg-1711633973.jpg)
Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz”dan verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
.