Şimal bölgəsində güclü qar yağıb, temperatur mənfi 8.5 dərəcəyə qədər düşüb, bir sıra yollar buz bağlayıb.

Ötən gecə ən çox yağıntı Quba rayonunun Bostankeş kəndinə düşüb, kəndə 13 sm qalınlığında qar yağıb.

Ən aşağı temperatur isə, Xınalıq kəndində mənfi - 8.5 dərəcə - qeydə alınıb. Hazırda Quba və Qusar rayonlarında şaxtalı hava hökm sürür. Qubanın Xınalıq kəndinə 9, Qusarın Laza yaşayış məntəqəsinə isə 4 sm qar yağıb.

Quba-Xınalıq yolu gecə saatlarından buz bağlayıb. Yol qardan təmizlənib, qum-duz qarışığı səpilsə də, məcbur qalmadıqca bu yoldan istifadə etmək tövsiyə edilmir. 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, axşama doğru yol yenidən buz bağlayacaq, gecə saatlarında nəqliyyat vasitələrinin hərəkəti təhlükəlidir.

Xaçmaz, Şabran və Siyəzən rayonlarında gecə saatlarında sulu qar yağması müşahidə edilsə də, hazırda yağıntı yoxdur, hava nisbətən mülayimləşib.

.